“mygov”un unikal istifadəçilərinin sayı 5 milyonu ötüb

“mygov” rəqəmsal hökumət platformasının unikal istifadəçilərinin sayı 5 milyon nəfəri keçib. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Osmanovun sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında platformanın istifadəçi bazası artıb. O, artımın konkret göstəricisini açıqlamayıb.
Agentlik sədri vətəndaş və biznes yönümlü dövlət xidmətlərinin təşkilinin rəqəmsal transformasiyanın əsas strateji hədəflərindən biri olduğunu qeyd edib.

























