• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda işçi çalışdırmağın yükü çox ağırdır”

“Azərbaycanda işçi çalışdırmağın yükü çox ağırdır”
11.03.2015 23:06
"Mənim fikirimcə, Azərbaycanda işçilərə görə tətbiq edilən vergilər daha ağırdır”.

"Marja”nın məlumatına görə, bunu III Beynəlxalq "Caspian Energy Forum-2015”də çıxışı zamanı "Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.

"İşçilərə görə tətbiq edilən vergilər yüngül olmalıdır ki, vergidən yayınmalar azalsın. Hansı ölkə vergini azaldırsa, onun topladığı vergilər, vergiləri azaltmayan ölkələr ilə müqayisədə dəfələrlə çox olur. Azərbaycanda işçi çalışdırmağın yükü çox ağırdır.  İşçiyə görə işverən üzərindəki yüklər yüngülləşdirilməlidir ki, hər şey rəsmiyyətə doğru getsin. Əks halda şirkətlər xərclərini azaltmaq üçün işçiləri çıxartmağa başlaya bilərlər”.

Abdolbari Goozal qeyd edib ki,   istehsalçı şirkətlərin idxal etdikləri xammala tətbiq edilən gömrük rüsumları da aşağı salınmalıdır:

"İstehsalçılar tezliklə dövlətdən təşviqlər gözləyir. Biz bu gün dişimizi sıxıb durmuşuq. Dövlətdən dəstək alarıqsa cəsarətlənərik. Dövlət paketləmə daxil sənayeni təşviq etməlidir”.

AZERSUN QİYMƏTLƏRİ XIRDA-XIRDA ARTIRACAQ

Abdolbari Goozal qeyd edib ki, devalvasiyadan sonra Azersun Holdinq qiymətləri artırmayıb. Lakin gələcəkdə qiymətlərin artırılması qaçılmazdır:

"Azersunun istehsal etdiyi məhsulların xammalının orta hesabla 50%-i xaricdən idxal olunur. Digər 50% isə daxil imkanlar hesabına təmin olunur. 35% olan devalvasiyanın yarısı qədər, yəni təxminən 17-20% bizə təsir göstərir. Hazırda əlimizdə xammal ehtiyatlarımız var. Onları "əridəndən” sonra yavaş-yavaş qiymətləri artırmağa başlayacağıq. Bu təbii prosesdir”.

Holdinqin Müşahidə Şurasının sədri bildirib ki, qiymətlərin dövlət tərəfindən artırılmasına imkan verilməməsi uzun çəkə bilməz:

"Mətbuat da yaxşı məlumatlanmalıdır ki, çomaq zoru ilə malları ucuzlaşdırmaq olmaz. Bu çox getməyəcək. Bunu ruslar etdilər. Olmaz! Bu sərbəst iqtisadiyyatdır. Ən doğrusu, əhalinin və iş adamlarının işləməsi üçün əlavə şərait yaradılmalıdır. Əhali işlədikcə pulu çoxalacaqdır və həmin pul bütün ölkəyə yayılacaqdır”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol