• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankdan banklara dəstək

Mərkəzi Bankdan banklara dəstək
12.03.2015 17:48
"Mərkəzi Bank devalvasiyadan zərər çəkmiş banklara dəstək olaraq növbəti addım atıb. "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər edilib".

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev deyib. Mütəxəssis qeyd edib ki, yeni dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.

"Bəs, bu addımın banklara faydası nədir? Məsələ ondadır, əvvəlki qaydaya görə, restrukturizasiya olunmuş aktivlər standart hesab oluna bilməzdi. Bu o demək idi ki, həmin aktivlər bir başa qeyri-standart, daha doğrusu qeyri-qənaətbəxş aktiv hesab edilməli və buna görə də bank tərəfindən 30% ehtiyat ayrılmalı idi.

Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə, bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az - 5% olacaq. Deməli, banklar fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlərə görə 30% yox, 5% ayıracaq. Bu isə banklara dəyən zərərin azaldılması, bankların kapitalının "əriməsinin” qarşısını alacaq".

İqtisadçının sözlərinə görə, qaydaya əsasən, bank aktivləri standart və qeyri-standart aktivlərdən ibarətdir: "Standart aktivlər – qənaətbəxş və nəzarət altında olan aktivlərə bölünür. Qeyri-standart aktivlər isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərdən ibarətdir. Aktivlərin vəziyyəti pisləşdikcə bank tərəfindən ayrılan ehtiyatların həcmi də artır. Qənaətbəxş aktivlərdə ehtiyat ayırmalar 1%, ümidsiz aktivlərdə isə 100%-dir. Bu ayırmalar bankların likvidliyinə mənfi təsir edirdi".

Qeyd edək ki, restrukturizasiya olunmuş aktiv - iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol