• $
  • €
  • ₽
  • ₺
  • £

“Azersun Holdinq”: Məhsullarımızda qiymət artımı olmayıb

“Azersun Holdinq”: Məhsullarımızda qiymət artımı olmayıb
19.03.2015 20:59
"Azersun Holdinq” son zamanlar mətbuatda "Bazar Store” super marketlərində satışda olan məhsulun yarlıq qiyməti ilə məhsulun kassa qiyməti arasında fərqin olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
"APA-Economics”in məlumatına görə, "Azersun Holdinq”in baş direktoru Savaş Uzan bu gün keçirilən tədbirdə bildirib ki, "Bazar Store” super marketlərində məhsulların 7-10%-i "Azersun Holdinq”in istehsal etdiyi məhsullardır. Onun sözlərinə görə, qalan məhsullar isə digər şirkətlərin istehsal və xaricdən idxal etdiyi məhsullardır. "Bu şirkətlərin müxtəlif məhsulları "BazarStore” marketlərində satılır. Bu şirkətlər öz qiymət siyasətini həyata keçirir. Onlar qiymət artırırsa, biz bir şirkət olaraq məsuliyyət daşımırıq. Bir məhsulun qiyməti artırsa, bu məhsulun yarlığının dəyişdirilməsi bir neçə gün və ya bir neçə saat çəkə bilər. Bu qiymət yarlıqlarının dəyişdirilməsi zamanı da alıcılar arasında anlaşılmazlıq yaranırdı”.
 
S. Uzan deyib ki, müştəri məmnuniyyəti "Azersun Holdinq” üçün ən prioritet məsələdir. "Bu günə qədər "Azersun Holdinq” məhsulları arasında qiymət artımı olmayıb. Amma hər dəfə ölkədə qiymət artımı ilə bağlı söhbətlər gəzərkən "Azersun Holdinq”in adı hallanır. Bizim 12 min azərbaycanlı işçimiz var və bu şirkət Azərbaycanda qazandığını Azərbaycana yatırıb. Biz Azərbaycan vətəndaşının pis vəziyyətə salacaq bir addım atmamışıq, bundan sonra da atmayacağıq”.
 
Bununla belə o bildirib ki, digər şirkətlərin istehsal etdiyi məhsulların qiyməti artırılırsa, "BazarStore” super marketlərində bu məhsullar da artırılmış qiymətlərlə satılmalıdır: "Biz qiymətlərə toxunmamışıq. "Azersun Holdinq” sözünü deyib və bu sözünü də yerinə yetirəcək”. 

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol