• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08.05.2015 11:46
Avropa Oyunları ərəfəsində minik avtomobillərinin hərəkətində məhdudiyyət olacaq.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Avropa Oyunları ərəfəsində bölgələrdən gələn maşınların oyunlar keçirilən yollarda hərəkətinə məhdudiyyət qoyulacaq. 

Artıq Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində işləyəcək. 

Təkcə bölgələrdən gələn deyil, həmçinin paytaxtda da hərəkət edən minik avtomobillərinin hərəkətində müəyyən məhdudiyyət qoyulacaq. Məqsəd oyunlar ərəfəsində yarana biləcək tıxacların qarşısının alınmasıdır. Elə buna görə də Nəqliyyat Nazirliyi sürücülərə xəbərdarlıq edərək bildirir ki, oyunlar vaxtı ictimai nəqliyyatdan istifadə etsinlər.

NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov tövsiyyə edir ki, bölgələrdən gələnlər maşınlarını şəhərdən kənarda saxlasın, özləri isə ictimai nəqliyyatdan istifadə etsinlər. Bu zaman həmin sürücülər üçün də rahat olacaq.

Oyunlar ərəfəsində təkcə minik avtomobilləri deyil, həmçinin iri yük maşınlarının da hərəkətində günorta saatlarında məhdudiyyət qoyulacaq. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edib. 

İri yük daşıyan maşınların sürücülərinə xəbərdarlıq olunaraq bildirilib ki, günorta saatlarında maşınlar şəhərdə hərəkət etməsin. Ərzaq və digər məhsullar daşıyan iri yük maşınlarının sahibləri axşam saatlarında yükdaşıma ilə məşğul ola bilərlər.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bir daha bildirdi ki, dərman ləvazimatları və ərzaq məhsulları daşıyan sürücülərdən xahiş olunur ki, işlərini gecə 22:00-dan səhər 06:00-a kimi yekunlaşdırsınlar.

O hüquqi və fiziki şəxlərə xəbərdarlıq etdi ki, yüklərinizi gecə səhərə kimi və ya oyunlar keçirilən gündən bir gün əvvəl və ya bir gün sonra daşıyın. 

Qeyd edək ki, qurum iyun ayının 12-dən 28-dək gücləndirilmiş iş rejimində işləyəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol