• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada “sərhədsiz internet” yaradılacaq?

Avropada “sərhədsiz internet” yaradılacaq?
29.05.2020 02:41

Ötən həftə Avropa Komissiyası "sərhədsiz internet”in yaradılması ilə bağlı iddialı plan təqdim edərək musiqi və videokontent istifadəçilərinin xarici ölkələrə səfəri zamanı qarşılaşdıqları bir sıra məhdudiyyətləri aradan qaldırmağı təklif edib.  
 
Bildirilir ki, səyahət edənlər tez-tez səfər zamanı kontentin xarici bazarlar üçün blok edilməsi səbəbindən mahnı dinləyə və ya filmlərə baxa bilməməsindən şikayət edirlər. Avropa Komissiyası tərəfindən təqdim olunan planda bu problemin həlli təklif edilir və internet xidmətləri bazarını daha şəffaf edə bilər. Bundan başqa, plan Avropa ÜDM-yə əlavə 415 milyard avro gətirə bilər.
 
"Vahid rəqəmli bazar” adlanan sənəddə bir sıra lazımi tədbirlər təsvir olunub. Tədbirlər planı Avropa İttifaqı (Aİ) hüdudlarında kontentdən istifadəni asanlaşdırmaq məqsədilə müəllif hüquqları haqqında qanunların sadələşdirilməsinə, eləcə də ölkələr arasında yüksək çatdırılma qiymətlərinin ləğv edilməsinə yönəlib.
 
"Avropa yenidən rəqabətqabiliyyətli olmaq üçün dəyişməlidir. Maneələr rəqəmli sahənin inkişafına mane olur. Siz Tallindən Turinə bir dəfə də olsun pasport göstərmədən gələ bilərsiniz. Lakin siz ölkənizi tərk edən kimi sevimli televiziya şounuza baxa bilməzsiniz”, - Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib.
 
Hüquq müdafiə təşkilatları sənədi tənqid edərək konkret proseduralarda çatışmazlığın olmasını qeyd ediblər, - "Payspacemagazine” yazır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol