• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: Heç nə "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasını dayandıra bilməz

SOCAR: Heç nə "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasını dayandıra bilməz
26.05.2015 16:19
Heç bir şey "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını dayandırmayacaq.
 
Trend-in məlumatına əsasən, bunu SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Euractiv”portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi” layihəsi SOCAR şirkətinin Avropada irəliləməsinə istiqamətlənməyib: "Bu siyasi yox, sırf ticari layihədir. Bunu beynəlxalq tərəfdaşlarımız ilə birgə həyata keçiririk. "Cənub Qaz Dəhlizi” layihəsində əsas qazın hasilatı üzrə "Şahdəniz” yatağındakı işlərdə Rusiyanın "Lukoyl”, Böyük Britaniyanın "BP”, İranın "NICO”, Malayziyanın "Petronas” və Türkiyənin "TPAO” şirkətləri iştirak edirlər. Alıcılarımıza gəldikdə isə bunlar "Shell”, "Gaz de France”, "Gas Natural of Spain”, "ENEL”və "Hera” kimi iri Avropa şirkətləridir. Coğrafiya genişdir, belə olduğu halda, reklam yox, işgüzar prinsiplər işləyir. Layihənin reallaşdırılmasına əminlik olmasa, heç kim 45 milyard dollar dəyəri olan layihədə və "Şahdəniz-2” yatağında qaz hasilatında iştirak etməz”.

V.Bəylərbəyov qeyd edib ki, qazın tədarükü ilə bağlı müqavilələr 25 il müddətinə bağlanıb: "Son illər ərzində heç bir ölkə - nə Rusiya, nə Norveç, nə də Şimali Afrikadan olan tədarükçülər - belə uzunmüddətli müqavilə imzalamayıb. Buna nail olmağımızın səbəbi avropalı tərəfdaşlarımızı Azərbaycanın etibarlı tərəfdaş olduğuna inandırmağımızdır. Müqavilələr üzərimizə bir tərəfdən tədarük, digər tərəfdən isə qazın alışı ilə bağlı məsuliyyət qoyur".

Onun sözlərinə görə, "Türk axını” layihəsinin reallaşdırılması "Cənub Qaz Dəhlizi” layihəsinə qarşı yönəlməyib: "Hesab edirəm ki, layihəmizi reallaşdırmaqla istiqamətləndiyimiz bazarlar kifayət qədər cəlbedicidir. Və bu bazarların cəlbediciliyi əlavə beş boru xətti tikmək səviyyəsindədirsə, onda qoy elə olsun. Ancaq "Türk axını” kimi layihələrin "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını dayandıra bilməsini düşünmək cəfəngiyyatdır”.

"Cənub Qaz Dəhlizi”nə milyardlarla dollar investisiya yatırıldığını bildirən V.Bəylərbəyov əlavə edib: "Azərbaycan və Gürcüstan ərazisindəki boru xətlərinə və "Şahdəniz-2” layihəsinə 12 milyard dollar investisiya yatırmışıq. Bu vəsait xərclənir və işin 30 faizi artıq görülüb. Belə bir layihənin dayandırılması qeyri-mümkündür. Layihə dinamik inkişaf edir. Bu dəhlizin gələcəyi son dərəcə maraqlıdır və qaz mənbələrinin şaxələndirilməsi ilə əlaqədardır. "Abşeron”, "İnam” və "Babək” yataqları Azərbaycan miqyasında bu dəhlizi əlavə 10 milyard kubmetr qazla təmin edə biləcək. Başqa ölkələrin hesabına da şaxələndirmə əldə olunacaq. Potensial qaz mənbəyi kimi tez-tez Mərkəzi Asiya qazının adı çəkilir, ancaq belə olduğu halda, "Cənub Qaz Dəhlizi”nin buraxılış qabiliyyətinin artırılmasından danışmaq daha dəqiq olardı”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol