• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı nəhəng sığortaçıları bir araya toplayacaq

Bakı nəhəng sığortaçıları bir araya toplayacaq
12.06.2015 10:08
İyulun 2-3-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təşkilatçılığı ilə 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2015) keçiriləcək.

Oxu.Az-a ASA-dan verilən məlumata görə, builki forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, bu sahədə ən vacib istiqamətləri və perspektivləri müəyyən edəcək.

Tədbirin iştirakçıları arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olacaq ki, bu da ölkələr arasında sığorta sahəsində əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.

Foruma qatılmaq üçün 21 xarici ölkənin 57 şirkətindən 90 nəfər artıq qeydiyyatdan keçib. 

Dünyanın məşhur "Swiss Re”, "Munich Re”, "Hannover Re”, "Scor”, "Allianz”, "Ace Group” "Jardine Lloyd Thompson Group”, "Deloitte”, " Standard and Poor's”,  "Audatex” və digər şirkətlərinin yüksək təmsilçilərinin tədbirdə iştirak edəcəyi gözlənilir.

Azərbaycandan isə 27 sığorta, təkrarsığorta və broker şirkətlərindən 100-ə yaxın  nümayəndə foruma qatılacaq.  

"AIIF-2015” müasir və interaktiv formatda keçiriləcək. 

Forumda plenar iclas, ikitərəfli görüşlər və "workshop” formatında müzakirələr təşkil ediləcək.

Belə ki, tədbirin 1-ci günündə  plenar iclas  formatında, mövcüd reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri, Qafqaz regionunda əmlak sığortası, təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları ilə bağlı məsələlər müzakirə obyekti olacaq.

İkinci gün isə paralel olaraq avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar, bank və həyat sığortası ilə bağlı 2 seminar keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu MDB  məkanda  xarici ölkələrin və şirkətlərin qatıldığı ən böyük  sığorta tədbiridir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol