• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kommersiya obyektləri ucuzlaşır

Bakıda kommersiya obyektləri ucuzlaşır
13.06.2015 17:54
Satışa çıxarılan kommersiya obyektlərinin sayı da azalır

Bakı şəhərində 1 kv.metr qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) bu ilin may ayında apreldəki 3 618 dollardan 3 418 dollara enib. Beləliklə, aylıq qiymət azalması 5,53% təşkil еdib. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd.” konsaltinq şirkəti monitorinq qrupunun açıqladığı aylıq hesabatda deyilir. 

Hesabata əsasən, mayda bazarda qеyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3 418 dolları) aşağı olan obyеktlər ümumi portfеldə 69,5% paya malik olub.

Ay ərzində qеyri-yaşayış sahələri ilkin bazarında qiymət artımı Nİzami (6,7%), Səbail (1,2%), Suraxanı (31,7%) və Yasamal (29,3%) rayonlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Nərimanov (-12,8%), Sabunçu (-10,1%) və Xətai (-24,0%) rayonlarında müşahidə olunub.

May ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 11,5% azalaraq 177 ədəddən 156-ə düşüb.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38,0%-lə "boş yer” təyinatlı sahələr malikdir. Bu, o tip obyektlərdir ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28,3% və 15,2% paya sahibdir. Satışda olan ofis təyinatlı yerlərin payı 10,9%, zirzəmi təyinatlı obyektlər isə 7,6% olub.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol