• $
  • €
  • ₽
  • ₺
  • £

İranla razılaşmanın neftin qiymətinə təsiri - RƏY

İranla razılaşmanın neftin qiymətinə təsiri - RƏY
15.07.2015 15:32
2015-ci il iyulun 14-də İranla "Altılıq” ölkələri arasında iyunun 30-dan bəri davam edən müzakirələr sona çatıb. Belə ki, tərəflər arasında əldə olunan son razılığa görə, İran 15 il ərzində uranı 3,67%-dən çox zənginləşdirməyəcək. 

Hətta İranla, razılığın əldə edilməsindən dərhal sonra bazara informativ təsirlər də olub.

Qeyd etdiyimiz kimi tərəflər arasında razılıqdan sonra neftin qiyməti 1 dollardan aşağı düşmüşdü. Neftin qiymətinə isə tərəflər arasında razılığın əldə edilməsindən sonra bazara neft ixracının artacağı ilə bağlı gözləntilərin artması təsir göstərmişdi.  

Çox qəribədir ki, neftin qiyməti bir neçə gündür davam edən ucuzlaşmadan sonra bu gün yenidən bahalaşma ilə müşahidə olunub. 

Oxu.Az bu proseslərdən sonra bazarda baş verəcək tendensiya ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib. 

İ.Şabanın sözlərinə görə, İran 2015-ci ilin sonunda bazara 500 min barel neft çıxara biləcək:

"İranın tankerlədə hazır neft ehtiyatları mövcuddur, hətta belə deyirlər ki, artıq İran neftinin alıcısı belə var”.

Energetika üzrə mütəxəssis bildirib ki, bununla belə hazırda İranın bazara neft çıxarmasından söhbət gedə bilməz:

"Yəni, neqativ xəbərlər birjalarda daha çox dolanır. Hələki pozitiv bir xəbərlər yoxdur. Baxmayaraq ki, İran nə bu gün, nə sabah, nə də ki o biri gün bazara heç bir neft çıxarmır. İranın bazara neft çıxarması bir sıra prosedurları həyata keçirdikdən sonra baş verəcək. Bu məqsədlə, artıq yol xəritəsi hazırlanır. O yol xəritəsini təsdiq etdikdən sonra bu ölkə bazara neft çıxardacaq”. 

Ekspert həmçinin əlavə edib ki, bu baxımdan bazar ehtiyatlanır və trayderlər öz neftlərini indidən satırlar ki, gələcəkdə artıq, 4-cü rübdə neftin qiymətinin real aşağı düşmək təhlükəsində ziyana getməsinlər. 

Mütəxəssis həmçinin fond birjalarında neft şirkətlərinin səhmlərininn aşağı endiyini də qeyd edib:

"Dünən bu və gün onların səhmləri aşağı enir. Bu da onunla əlaqədardır ki, ilin ikinci yarısında səhmdarlar neftin daha da ucuzlaşmasını xəbərlərindən çəkinərək artıq sərbəst satılan səhmləri satmağa başlayıblar”.

İ.Şaban əlavə edib ki, ilin sonunda neftin qiymətinin necə olacağı ilə bağlı proqnoz vermək isə çətindir. 

Digər ekspert "Saxo Capital Turkey” şirkətinin beynəlxalq bazarlar üzrə direktoru Özgür Hatipoğlu Türkiyə KİV-nə bildirib ki, İranla "Altılıq” ölkələri arasında razılığın əldə edilməsi neftin qiymətini bir barel üçün 40 dollara düşürə bilməz.

"İranın Fars körfəzində yığdığı neft ehtiyatlarını bazara təqdim etməsi vaxt aparacaq” - deyə, şirkətin rəsmisi bildirib. 

Onun sözlərinə görə, neftin qiymətinin 2, 2,5 dollara qədər düşməsinə isə informativ təsirlər (İranla "Altılıq ölkələri arasında razılığın müsbət olacağına dair xəbərlər) səbəb olub.

O, həmçinin əlavə edib ki, neftin qiyməti uzun müddət ərzində 40 dollara düşməyəcək, amma neftin qiyməti 60 dolları keçdiyi təqdirdə, İranla bağlı informativ təsirlər yenidən neftin qiymətini 60 dollardan aşağı salacaq.

"Düşünürəm ki, bundan sonra, İranla bağlı razılıq bazarda spekulyasiya məqsədilə istifadə ediləcək” - deyə, Ö.Hatipoğlu qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol