• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadə qəsəbəsində yeni müasir piyada keçidi

Rəsulzadə qəsəbəsində yeni müasir piyada keçidi
23.07.2015 16:48
Yeni yerüstü piyada keçidi istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən bəzi küçə və prospektlərdə kompleks tədbirlər davam etdirilir. 

Bu çərçivədə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşaasına 2014-cü ilin oktyabr ayında start vermişdi. Tikinti işləri Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilərək, vaxtında yekunlaşdırılıb.

Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-cıxışlarda pilləkanların üzunluğu  2x23.77=47.54 metr, aşırımın mərkəzi  dayaq  oxları arasında məsafə 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir. Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş cıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.

Piyada keçidinin qapalı hissəsi və pilləkanların işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkan marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib, tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub.

Yeni piyada keçidində vətəndaşların təhükəsizliyi kameralar vasitəsilə 24 saat ərzində təmin olunur. Bunun üçün keçiddə 4 ədəd təhlükəsizlik kamerası quraşdırılıb və mühafizəçi otağı qurulub. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol