• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan məhsullarının rüsumsuz idxalı bərpa edildi

Azərbaycan məhsullarının rüsumsuz idxalı bərpa edildi
31.07.2015 22:27
Azərbaycan ixracatçıları 2018-ci ilədək ABŞ ərazisinə rüsumsuz və ya güzəştli şərtlərlə məhsul ixrac edə biləcəklər. 


"Trend" Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumata görə, bu, ABŞ Konqresi tərəfindən "Ticarətin təşviqi səlahiyyəti"nin və "Ümumiləşdirilmiş imtiyazlar sistemi"nin (Generalized System of Preferences (GSP) müddətinin uzadılması ilə bağlıdır.

Məlumata əsasən, "GSP" üzrə qəbul edilmiş yeni akt benefisiar ölkələr üçün proqramdan istifadə hüququnun 31 dekabr 2017-ci il tarixədək uzadılmasını nəzərdə turur.

"GSP” üzrə qəbul edilmiş yeni qərar 29 iyul 2015-ci il tarixində qüvvəyə minib və əvvəlki müvafiq qərarın qüvvədə olma müddətinin bitmə tarixindən (31 iyul 2013-cü il) qeyd olunan tarixədək olan dövrə də şamil ediləcək. Belə ki, ixracatçılar 31.07.2013 - 29.07.2015-ci il tarixlərində "GSP” proqramı çərçivəsində güzəştlər nəzərdə tutulan məhsullar üzrə ABŞ-a ixrac zamanı ödədikləri gömrük rüsumlarını geri əldə edə biləcəklər.

ABŞ-ın təqdim etdiyi "GSP” proqramından istifadə etməklə ixracatçılarımız beş minə yaxın mal mövqeyi üzrə Azərbaycan mənşəli məhsulları həmin ölkə bazarına rüsumsuz və ya aşağı dərəcəli rüsumlarla ixrac imkanı əldə edib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol