Əkrəm Əylisli "ölümü"ndən danışdı

18:17 | 11.02.2014
Əkrəm Əylisli "ölümü"ndən danışdı

Əkrəm Əylisli "ölümü"ndən danışdı

“Yazıçı mənəvi cəhətdən təslim olmaqdansa, ölsə daha yaxşıdır”

“Müasir dünyamızda hər kəs ağlına gələni yazır və internetə yerləşdirir. İnternet də istər-istəməz zibil qutusuna çevrilir”.

ANS PRESS-in verdiyi məlumata görə, bu sözləri yazıçı Əkrəm Əylisli deyib. Onun sözlərinə görə “ölüm xəbərini” dostları ona zəng edib deyib. 

“Mənim də birinci ağlıma gələn o oldu ki, məğlubiyyətimi arzulayan və bunun üçün can qoyan insanlar istəyir ki, mən təslim olam. Mən də bir günahsız adam kimi deyirəm ki, mənəvi cəhətdən heç də təslim olmaq fikrim yoxdur. Yazıçı mənəvi cəhətdən təslim olmaqdansa, ölsə daha yaxşıdır. İnsanı mənəvi cəhətdən aşağılayan uğursuz cəhdlər etdikdən sonra görürlər ki, bu ideya alınmadı, ona görə də belə uğursuz addımlar atırlar, yalandan ölüm informasiyaları yayırlar. Mən düzünə qalsa, internetdə belə iftira dolu yalançı informasiyalara rast gəlirəm. Yazırdılar ki, Ərdoğanın oğlu Bakıdadır, onu tuturlar, Qorbaçov ölüb, guya ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişellə yola getmir. Bu internetin gərək xasiyyətinə bələd olasan. Bu fikirdəyəm ki, interneti Ələddinin sehirli çırağı kimi mistik və hətta müqəddəs bir varlıq kimi qəbul edəsən. İnternetdə bütün dünya haqda məlumat almaq olar. İnsanların böyük əksəriyyəti onun varlığından istifadə edir. Elələri də var ki, internetdən səmərəli şəkildə istifadə etməyi bacarmır və belə mənasız, heç kəsə xeyri olmayan, ürəkbulandıran şaiyələr yayır. Mən onlara bir az ağır olmağı arzulayardım”, - deyə son dövrlər “Daş yuxular” romanına görə adı tez-tez hallanan yazıçı Əkrəm Əylisli bildirib. 

Xatırladaq ki, dünən gecə saatlarında Jurnalist Araşdırma Mərkəzinin rəsmi saytı (Jam.az) Azərbaycanın tanınmış yazıçılarından olan Əkrəm Əylisinin dünyasını dəyişdiyi barədə xəbər yaymışdı.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM