Ələsgər Məmmədli hospitala köçürüləcək

15:40 | 15.06.2024
Ələsgər Məmmədli hospitala köçürüləcək

Ələsgər Məmmədli hospitala köçürüləcək

"Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Bakı şəhərinin Xətai Rayon Məhkəməsi qərar qəbul edib:
"Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək".

Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb