Əliyev: Azərbaycan qaz ixracını 6 ölkədən 10 ölkəyə çatdırmaq niyyətindədir

17:19 | 25.04.2023
Əliyev: Azərbaycan qaz ixracını 6 ölkədən 10 ölkəyə çatdırmaq niyyətindədir

Əliyev: Azərbaycan qaz ixracını 6 ölkədən 10 ölkəyə çatdırmaq niyyətindədir

Azərbaycan qaz ixracının coğrafiyasını ən azı 10 ölkəyə genişləndirməyi planlaşdırır. Bunu çərşənbə axşamı Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli sistemlərinin operatorları və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edən prezident İlham Əliyev deyib.


"Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliyaya, bu ildən isə Rumıniyaya ixrac edilir. Bu ilin sonuna qədər bütün zəruri birləşdirici boru kəmərlərinin mövcudluğu şərti ilə Macarıstan və Slovakiyaya qaz nəqlinə başlamağı planlaşdırırıq. Biz qaz tədarük coğrafiyamızı 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq”, - Əliyev bildirib/


Dövlət başçısı xatırladıb ki, ötən ilin iyulunda Azərbaycan ilə Avropa Komissiyası arasında energetika sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanıb, ona əsasən 2027-ci ilə qədər Azərbaycan qazının Avropa bazarına nəqlinin iki dəfə artırılması nəzərdə tutulur.


Əliyevin sözlərinə görə, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz tədarük edib. Bu il isə ixracı 12 milyard kubmetrə çatdırmaq hədəflənib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb