Əliyev Putinlə sabah görüşür: Nələr müzakirə ediləcək?

15:13 | 31.08.2018
Əliyev Putinlə sabah görüşür: Nələr müzakirə ediləcək?

Əliyev Putinlə sabah görüşür: Nələr müzakirə ediləcək?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən informasiya yayılıb.

Məlumata görə, prezidentlərin görüşündə qarşılıqlı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də daxil olmaqla, gündəmdə dayanan əsas mövzular müzakirə ediləcək. Görüş zamanı həmçinin aktual beynəlxalq məsələlər və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb