Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Outreach/BRICS+ formatında keçirilən iclas zamanı bir neçə cümlə ilə fikir mübadiləsi ediblər. Bu barədə TASS xəbər verir.
Məlumatda bildirilib ki, iki ölkə lideri iclasda bir-birinə yaxın əyləşib. Çıxışlar başlayanda Paşinyan Əliyevə müraciət edib. Qısa bir fikir mübadiləsi baş verib, lakin onların nə danışdıqları eşidilməyib.
Kazanda BRICS XVI sammiti çərçivəsində Outreach/BRICS+ formatında ilk plenar iclas keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.
Plenar iclasda ölkələr Kazan şəhərindəki dəyirmi masada əlifba sırası ilə yerləşdirilib. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşəcək. Onlar masa arxasında əyləşəndə, iclas başlamazdan əvvəl bir neçə cümlə ilə fikir mübadiləsi aparıblar.
Sammitin ev sahibi qismində iclası Rusiya Prezidenti Vladimir Putin açıb.
Outreach/BRICS+ genişlənmiş formatdır və yalnız BRICS ölkələri ilə məhdudlaşmır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !