Əliyevlə Paşinyanın görüşü... - Kreml

14:53 | 15.06.2018
Əliyevlə Paşinyanın görüşü... - Kreml

Əliyevlə Paşinyanın görüşü... - Kreml

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüş ilk tanışlıq idi.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib.

"Hələlik bunun haqqında danışmaq tezdir. Bu, ilk tanışlıq idi. Ona görə də bundan sonra hansısa davamlılıq haqqında danışmaq tezdir” – deyə o bildirib.

Qeyd edək ki, dünən Moskvada Nikol Paşinyanla İlham Əliyev arasında görüş olub. Görüş tanışlıq xarakteri daşıyıb. Belə ki, Rusiya-Səudiyyə Ərəbistanı futbol maçından sonra Rusiya Prezidenti Vladimir Putin tərəfləri bir-biriylə tanış edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM