Elmar Məmmədyarov: Azərbaycan prezidentlərin görüşünə razılıq verib

16:23 | 27.11.2015
Elmar Məmmədyarov: Azərbaycan prezidentlərin görüşünə razılıq verib

Elmar Məmmədyarov: Azərbaycan prezidentlərin görüşünə razılıq verib

"Həmsədrlər onun üzərində işləyirlər”.

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təklifinə razılıq verib.

Oxu.Az-ın verdiyi xəbərə əsasən, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıdakı görüşü zaman bildirib. 

"Ən böyük problem Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal altında qalmış torpaqlarında yerləşdirməsidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi istər təhlükəsizlik, istər iqtisadi, istər sosial baxımdan bütün regiona problem yaradır”, - deyə XİN başçısı vurğulayıb.

"Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Bakıya gəlmişdi. Daha sonra İrəvana səfər etmişdi. O, görüşlər zamanı Qarabağ məsələsi ilə bağlı danışıqları yerindən tərpətməyi təklif etmişdi”, - deyə Elmar Məmmədyarov bildirib.

XİN başçısının sözlərinə görə, baxmayaraq ki, Rusiya xarici işlər naziri Ermənistana tək səfər etmişdi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin adından da təkliflər irəli sürmüşdü. 

"Ümumiyyətlə, onu da deyə bilərəm ki, axırıncı dəfə həmsədrlər Azərbaycana gələndə prezidentlər səviyyəsində görüşün təşkil olunması təklif edilmişdi. Azərbaycan tərəfi öz razılığını verib. Biz bu görüşün gələn ayın axırında keçirilməsi təklifini vermişik. İndi həmsədrlər onun üzərində işləyirlər”, - Elmar Məmmədyarov bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb