Milli.Az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, o, Bakı
şəhərində yerləşən Düyagöz Klinikasına yerləşdirilib. Düyagöz
Klinikasından bildirilib ki, Qasım Aşbazov Kamal oğlu bu gün səhər
saatlarında klinikaya gətirilib.
"Onun gözünə iynə vurulub. Xəstənin səhhəti qaydasındadır. Günortadan sonra evə buraxılıb".
Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və
onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının
qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən
xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət
Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən
1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq,
tərksilah edilib.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !