Elnur “Eurovision 2015”in finalında - FOTO + VİDEO

09:00 | 22.05.2015
Elnur “Eurovision 2015”in finalında - FOTO + VİDEO

Elnur “Eurovision 2015”in finalında - FOTO + VİDEO

Vyanada "Eurovision 2015” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Oxu.Az xəbər verir ki, "Viener Şdathal” arenasında keçirilən ikinci yarımfinalda 17 ölkənin təmsilçiləri çıxış edib.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 11-ci çıxaraq İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer və Lina Hansonun bəstələdikləri "Hour of the Wolf” mahnısnı ifa edib.

Gecənin sonunda bugünkü iştirakçılardan finala keçənlərin adları məlum olub: İsrail, Latviya, Azərbaycan, Kipr, Monteneqro, Norveç, İsveç, Sloveniya, Polşa, Litva.

Qeyd edək ki, birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

"Eurovision 2015”in final günü mayın 23-də baş tutacaq. 
 
 

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb