​Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borc götürəcək

12:28 | 22.07.2016
​Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borc götürəcək

​Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borc götürəcək

Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borclanmaya gedəcək. Bununla bağlı Mərkəzi Banka resurs üçün müraciət ediləcək.

"Report”un verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

"Mərkəzi Bankdan hazırda 22 mln. manat vəsait götürmüşdük. Əlavə olaraq 100 mln. manat da vəsaitə ehtiyac olacaq.

Lisenziyası ləğv olunan 4 bankda cəmi əmanətlər 187 mln. manatdır. Qorunan əmanətlər140 mln. manatdır. 126 mln. manat kompensasiya məbliğidir. Lisenziyası ləğv olunan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 956 min manat təşkil edir. hazırda fondun 26 mln. manat vəsaiti var", - deyə o qeyd edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM