"Əmək qanunvericiliyi sahəsində islahatların həyata keçirilməsində israr edəcəyəm"

19:13 | 27.05.2016

"Əmək qanunvericiliyi sahəsində islahatların həyata keçirilməsində israr edəcəyəm"

"Mən bunu həyata keçirməkdə israr edəcəyəm, çünki bunun yaxşı islahat olduğunu hesab edirəm".

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland ölkəsində əmək islahatlarına qarşı keçirilən etiraz aksiyaları ilə bağlı sualı cavablandırarkən deyib.

"Böyük 7"liyin ("G7") Yaponiyada keçirilən toplantısının yekunlarına həsr edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran dövlət başçısı qeyd edib ki, etiraz yürüşlərinin keçirildiyi şəraitdə hökumətin vəzifəsi ölkədə söz azadlığı və iqtisadiyyatın yaxşı işləməsini təmin etməkdir.

Məlumata görə, Fransanın bir sıra həmkarlar ittifaqları əmək islahatına qarşı etiraz aksiyalarını davam etdirməyə çağırıblar.

Qeyd edək ki, əmək islahatlarında iqtisadi çətinlik zamanı iş saatının uzadılması, əmək haqlarının azaldılması, işçilərin ixtisar edilməsi kimi məsələlər nəzərdə tutulub.

Həmkarlar ittifaqları bu qanun layihəsini "iqtisadi tənəzzül" adlandırırlar.

Xatırladaq ki, üç aydır Fransda əmək islahatlarına qarşı etiraz aksiyaları keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM