Əməkdar artist əlil oldu

12:57 | 05.06.2014
Əməkdar artist əlil oldu

Əməkdar artist əlil oldu

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov əlil oldu.ANN.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, o, artıq II qrup əlildir:“Ayağımdakı çürümə (qanqrena) məni əlil etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə əlillik dərəcəsi verdi. Artıq II qrup əliləm”.Rəhman Rəhmanov ayağındakı çürümənin sağalma ehtimalının olmadığını deyir: “Şəkər xəstəliyim üzündən ayağımdakı çürümə sağalmaq bilmir. İllərdi müalicə olunsam da bir təsiri olmadı. Bu yaxınlarda cərrahiyyə əməliyyatı da olundum. Bu əməliyyatdan sonra da bir irəliləyiş yoxdur. Şəkər imkan vermir çürümə dayansın. Hətta həkim dedi ki, bu ayaq kəsilməlidir. Qoymadım... Görək nə vaxta qədər belə davam edəcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb