Əmlakına həbs qoyulan həkim Nazimdən üzr istəməyib

20:32 | 09.10.2017
Əmlakına həbs qoyulan həkim Nazimdən üzr istəməyib

Əmlakına həbs qoyulan həkim Nazimdən üzr istəməyib

Müğənni Faytonçu Nazimin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakına həbs qoyulub. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.
 
Müğənninin vəkili Gülşən Salmanov AzVision.az-a bildirib ki, indiyədən həkim və klinika rəhbərliyi Faytonçu Nazimlə əlaqə saxlamayıb. Bu səbəbdən müğənni onu əməliyyat edən həkimi bağışlamaq niyyətində deyil.

"Heç bir bağışlanma söhbəti ola bilməz. Biz işin sonuna qədər gədəcəyik. Həkim və klinika rəhbərliyi buna görə bizdən üzr istəməyib. Nazim bəy səhhətində yaratdıqları problemə görə onları bağışlamaq fikrində deyil”.

Qeyd edək ki, müğənni ilk dəfə "Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yarandığından İsrail və Türkiyədə də bir neçə əməliyyat keçirib. Bu səbəbdən də o, həkimin cəzalandırılmasını tələb edib və bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb