Çempionlar Liqası: "Beşiktaş" "Arsenal"a rəqib oldu

15:40 | 08.08.2014
Çempionlar Liqası: "Beşiktaş" "Arsenal"a rəqib oldu

Çempionlar Liqası: "Beşiktaş" "Arsenal"a rəqib oldu

Bu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılıb.
Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmada 20 komanda iştirak edəcək ki, bunlardan 15-i III təsnifat mərhələsinin qalibləri, 5-i isə mübarizəyə birbaşa qoşulan klublardır. III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" klubu həlledici mərhələdə İsveçin "Malmö" komandası ilə qarşılaşacaq.
Türkiyənin "Beşiktaş" klubu isə səpələnməmişlər səbətində yer almışdı ki, burada da İstanbul təmsilçisinin bəxti gətirməyib. "Qara qartal" mümkün 5 potensial rəqibdən ən güclüsü - "Arsenal" (İngiltərə) klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək. 
Çempionlar Liqasının pley-off mərhələsinin cütlükləri:
"Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya)
"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
"Olborq" (Danimarka) -  APOEL (Kipr)
"Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - BATE (Belarus)
"Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə)
"Standart" (Belçika) - "Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)
"Lill" (Fransa) - "Portu" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya).
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM