Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

09:49 | 10.04.2018
Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Anews.az-ın xəbərinə görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki oyunda qonaq komanda üç top üstünlüyə malikdir.

İlk oyunda doğma meydanda "Roma”nı 4:1 hesabla darmadağın edən "Barselona”nın səfər görüşündə də çətinlik çəkməyəcəyi gözlənilir.

"Mançester Siti”nin də "Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. İlk oyun mersesaydlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM