Çempionlar Liqasında "pley-off"çular müəyyənləşir

10:00 | 05.08.2014
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşir

Çempionlar Liqasında "pley-off"çular müəyyənləşir

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.Günün ilk matçında BATE (Belarus) və "Debretsen" (Macarıstan) komandaları üz-üzə gələcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan BATE həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bu görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.Digər oyunlarda "Makkabi" (Təl-Əviv, İsrail) evdə "Maribor"u (Sloveniya), "Panatinaikos" (Yunanıstan) isə "Standard" (Belçika) klubunu qəbul edəcək. Birinci oyunda qonaqlar 1:0 hesabı ilə qələbə qazanıbsa, ikinci görüşdə hesab açılmayıb - 0:0.Günün son qarşılaşmasında isə "Lill" klubu Fransada "Qrasshopers"i (İsveçrə) sınağa çəkəcək. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi bu görüşə nisbətən rahat çıxacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:30-da veriləcək.Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin qalan cavab oyunları sabah axşam keçiriləcək. 5 avqustÇempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları22:30. BATE (Belarus) - "Debretsen" (Macarıstan) (İlk oyun - 0:1)23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Maribor" (Sloveniya) (İlk oyun - 0:1)23:00. "Panatinaikos" (Yunanıstan) - "Standard" (Belçika) (İlk oyun - 0:0)23:30. "Lill" (Fransa) - "Qrasshoppers" (İsveçrə) (İlk oyun - 2:0)6 avqust21:00. "Zenit" (Rusiya) - AEL (Kipr) (İlk oyun - 0:1)21:30. APOEL (Kipr) - HİK (Finlandiya) (İlk oyun - 2:2)22:00. "Malmö" (İsveç) - "Sparta" (Çexiya) (İlk oyun - 2:4)22:00. "Şerif" (Moldova) - "Slovan" (Slovakiya) (İlk oyun - 1:2)22:30. "Styaua" (Rumıniya) - "Aktobe" (Qazaxıstan) (İlk oyun - 2:2)22:30. "Beşiktaş" (Türkiyə) - "Feyenoord" (Hollandiya) (İlk oyun - 2:1)23:00. "Kopenhagen" (Danimarka) - "Dnepr" (Ukrayna) (İlk oyun - 0:0)23:30. "Zalsburq" (Avstriya) - "Qarabağ" (Azərbaycan) (İlk oyun - 1:2)23:45. "Seltik" (Şotlandiya) - "Legiya" (Polşa) (İlk oyun - 1:4)23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Olborq" (Danimarka) (İlk oyun - 1:0) 23:45. "Partizan" (Serbiya) - "Ludoqorets" (Bolqarıstan) (İlk oyun - 0:0) ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM