Ən sürətli internetə sahib olan ölkələr

16:58 | 13.10.2016
Ən sürətli internetə sahib olan ölkələr

Ən sürətli internetə sahib olan ölkələr

"Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəlli olub.Tədqiqat interneti ən sürətli olan ölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib.
 
ANN.AZ xəbər verir ki, "ICTnews” Elektron Xəbər Xidməti "gazeta.ru” saytına istinadən yazır ki, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib. 

Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20,1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.

19,5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18,8 Mbit/san göstərici ilə dördüncü olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM