Ən varlı 20 klub – “Forbes”in yeni siyahısı

18:21 | 13.05.2016
Ən varlı 20 klub – “Forbes”in yeni siyahısı

Ən varlı 20 klub – “Forbes”in yeni siyahısı

"Forbes" jurnalı dünyanın ən varlı klublarının yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıya yenə "Real" (3.645 milyard dollar) başçılıq edir. Madrid klubu dördüncü ildir mövqeyini qoruyub saxlaya bilib. "Real”ın ümumi qiyməti 3.645 milyard dollar qiymətləndirilib. İspanların 2014/15 mövsümünün yekununa əsasən gəliri 694 milyon avro olub.

İspaniyanın daha bir təmsilçisi "Barselona" ikinci, "Mançester Yunayted" üçüncü yeri tutur.

"Forbes"in versiyasına görə, dünyanın 20 ən bahalı futbol klubu aşağıda adları qeyd olunanlardır:

1. "Real" – 3.645 milyard dollar

2. "Barselona" – 3.549 milyard dollar

3. "Mançester Yunayted" – 3.317 milyard dollar

4. "Bavariya" – 2.678 milyard dollar

5. "Arsenal" – 2.017 milyard dollar

6. "Mançester Siti" – 1.921 milyard dollar

7. "Çelsi" – 1.661 milyard dollar

8. "Liverpul" – 1.548 milyard dollar

9. "Yuventus" – 1.299 milyard dollar

10. "Tottenhem" – 1.017 milyard dollar

11. "Borussiya" Dortmund – 836 milyon dollar

12. "Milan" - 825 milyon dollar

13. PSJ - 814 milyon dollar

14. "Şalke" - 655 milyon dollar

15. "Atletiko" Madrid – 633 milyon dollar

16. "İnter" – 559 milyon dollar

17. "Vest Hem" - 542 milyon dollar

18. "Roma" - 508 milyon dollar

19. "Napoli" - 396 milyon dollar

20. "Nyukasl" - 383 milyon dollar

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM