Ən yaxşı mətbuat xidməti olan universitet

11:57 | 11.12.2014
Ən yaxşı mətbuat xidməti olan universitet

Ən yaxşı mətbuat xidməti olan universitet

Qafqazın ən böyük təhsil səhifəsi olan Azərbaycan Universitetləri facebook səhifəsi 2014-cü il üçün universitetlər üzrə ən yaxşı mətbuat xidmətini müəyyənləşdirib.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, tələbələr arasında keçirilən sorğunun və ilin statistik göstəricilərinə görə bu ada Bakı Dövlət Universitetinin Mətbuat Xidməti layiq görülüb. Səhifənin rəhbəri Zöhrab Süleymanın sözlərinə görə qalibin adına müəyyən kriterialardan sonra aydınlıq gəlib. Belə ki universitetlə media arasında vasitəçiliyinə görə o cümlədən tələbələr arasında işgüzar nüfuzuna görə bu ada BDU Mətbuat Xidməti layiq görülüb. Digər yerləri isə Bakı Ali Neft Məktəbinin və ADA Universitetinin mətbuat xidməti bölüşdürür.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM