Energetika naziri: Bu il neftin qiyməti 60 dolları keçməyəcək

17:36 | 23.05.2016
Energetika naziri: Bu il neftin qiyməti 60 dolları keçməyəcək

Energetika naziri: Bu il neftin qiyməti 60 dolları keçməyəcək

Dünya bazarında neftin qiyməti bu il ərzində 60 dollar/barel həddini keçməyəcək. 

Bu sözləri energetika naziri Natiq Əliyev ANS-in "Hesabat” verilişində deyib. 

Nazirin sözlərinə görə, ilin axırına kimi qiymət bir az da artacaq:

"Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. 

Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək”.

"Bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir. 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcək. Qiymətlər aşağı düşə bilməz”, - deyə energetika naziri müsahibəsində deyib. 

Nazir əlavə edib ki, bu gün hasilatı artıraraq neftin qiymətlərinə təsir edə biləcək real ölkələr Səudiyyə Ərəbistanı, Liviya, İrandır.

N.Əliyev qeyd edib ki, başqa ölkələrdə bu gün belə bir imkan yoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb