Ərdoğan deputatların toxunulmazlığının ləğvini tarixi hadisə hesab edir

21:09 | 20.05.2016
Ərdoğan deputatların toxunulmazlığının ləğvini tarixi hadisə hesab edir

Ərdoğan deputatların toxunulmazlığının ləğvini tarixi hadisə hesab edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin deputatların toxunulmazlığının ləğv edilməsini tarixi hadisə hesab edir. 

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

"Bu gün tarixi səsvermə olub. Mənim xalqım separatçı terror təşkilatı (Türkiyədə qadağan edilmiş Kürdüstan İşçi Partiyası – red.) dəstəkləyənləri parlamentdə görmək istəmir. İqtidar partiyası, Milli Hərəkat Partiyası "onlar burda olmalı deyillər” deyir”, - Ərdoğan ölkənin şimali-şərqində yerləşən Rizə şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Türkiyə Parlamenti cümə günü deputatların toğunulmazlığının ləğv edilməsinə dair qanun qəbul edib, 550 parlamentaridən 376-sı qanunun qəbul edilməsinin lehinə səs verib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM