Ərdoğan: Ermənistan odla oynayır

10:55 | 28.04.2016
Ərdoğan: Ermənistan odla oynayır

Ərdoğan: Ermənistan odla oynayır

Ermənistan odla oynayır. Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil. Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk.

Oxu.Az Türkiyənin "Star” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni həmkarı Serj Sarkisyanın Azərbaycanla müharibəyə hazır olduqları barədə bəyanatını şərh edərkən bildirib.

Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə Rusiya tam şəkildə Ermənistana açıq dəstək göstərə bilmir, çünki Azərbaycanla da qarşılıqlı əlaqələri var.

"Azərbaycanın azad etdiyi yerlərlə bağlı "bizim üçün əhəmiyyətli deyil” desələr də, Ermənistanı qorxu bürüməyə başlayıb. Ərazi, əsgərlərin sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisəyə gəlməz.

Azərbaycan ətrafındakı ölkələrə bənzəməz. Nə Gürcüstan, nə də Ukraynaya bənzəyir. Rusiya Ukraynada da istədiyi nəticəni ala bilmədi. Sadəcə Krımda tatarların sayı az olduğu üçün orada bir nəticəyə nail oldu. Rusiya düzgün hərəkət etmir”, - deyə Ərdoğan bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb