Ərdoğan: “Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar”

23:12 | 29.08.2018
Ərdoğan: “Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar”

Ərdoğan: “Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar”

"Bizi iqtisadiyyat üzərində sıxmağa çalışırlar. Onlar bu milləti tanımayıblar, amma tanıyacaqlar”.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın iqtisadi hücumlarını şərh edərkən deyib.
"İndi bizi iqtisadiyyat üzərindən sıxışdırmağa çalışırlar. Əlbəttə, Türkiyənin iqtisadiyyatda həll edilməli olan struktur problemləri mövcuddur Biz onları onsuz da bilirik və həll etməyə çalışırıq. Ümid edirəm ki, bu dalğanın öhdəsindən gələcəyik.Türkiyənin alternativsiz olmadığını hər kəs görəcək”, – Türkiyə prezidenti bildirib.
O bildirib ki, NATO-da strateji ortaq olan bir ölkənin Türkiyə kimi strateji partnyoru ilə bu şəkildə davranmasını heç bir cümlə ifadə edə bilməz.
"Bizi elə təhdidlərlə, ifadələrlə geri addım atmağa məcbur etmək mümkün deyil. Biz elə bir tarixin övladlarıyıq ki, bizi susdurmaq mümkün deyil. Demək, bu milləti tanımadılar, amma tanıyacaqlar. Biz bir ölürük, min dirilirik. Bu, xarakterimizdir”, – Ərdoğan əlavə edib.
Prezident Türkiyənin çox dəqiq hədəflərə sahib bir ölkə olduğunu vurğulayıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb