Ərdoğan: "Rusiyanın bu ölkədə nə işi var?"

22:04 | 10.12.2015
Ərdoğan:

Ərdoğan: "Rusiyanın bu ölkədə nə işi var?"

Bosniya və Herseqovinada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid edib.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.

"Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?", - deyə Ərdoğan vurğulayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM