Ərdoğan: Türk xalqını terrorla qorxutmaq mümkün deyil

09:36 | 18.02.2016
Ərdoğan: Türk xalqını terrorla qorxutmaq mümkün deyil

Ərdoğan: Türk xalqını terrorla qorxutmaq mümkün deyil

Millətimizin birliyi və bərabərliyinə qarşı yönəlmiş bu terror aktları bizi bu qüvvələrlə mübarizədə yalnız birləşdirir.

 

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror aktı ilə bağlı deyib.

 

 

"Türkiyənin özünümüdafiə hüququ müzakirə olunmur, biz hüququmuzu hər yerdə və hər zaman, lazım bildikdə istifadə edəcəyik", - deyə Ərdoğan bildirib.

Prezident Ərdoğan həmçinin deyib ki, türk xalqını terrorla qorxutmaq mümkün deyil.

 

 

O bildirib: "Biz terrorizmlə mübarizə yolundan dönməyəcəyik, həm Türkiyədə, həm də ölkədən kənar mübarizəni davam etdirəcəyik. Verdiyimiz qurbanlar səbrimizi tükəndirir."

 

 

Qeyd edək ki, dünən fevralın 17-i axşam saatlarında Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb