Ərdoğan Türkiyənin istehsal etdiyi vaksinin adını AÇIQLADI

17:15 | 22.06.2021
Ərdoğan Türkiyənin istehsal etdiyi vaksinin adını AÇIQLADI

Ərdoğan Türkiyənin istehsal etdiyi vaksinin adını AÇIQLADI

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə TURKOVAC adı verilib.


 "TRTHaber” bildirir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.


İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.


R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatlıb.


"Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - o vurğulayıb.(report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb