Ərdoğan ümrə ziyarətində oldu

15:16 | 31.12.2015
Ərdoğan ümrə ziyarətində oldu

Ərdoğan ümrə ziyarətində oldu

Səudiyyə Ərəbistanından iki günlük rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanla yanaşı ümrə ziyarətinə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Energetika və Təbii Sərvətlər naziri Berat Albayrak və İqtisadiyyat Naziri Mustafa Elitaş olublar.

Müstəsna hallarda ali qonaqlar üçün açılan Kəbə evinin qapıları Türkiyə heyyəti üçün açılıb. Ümrə ziyarəti başa çatdıqdan sonra Türkiyənin dövlət başçısı Əl-Həram məscidini seyr edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb