Ərdoğandan Hillari Klintonun bəyanatına SƏRT REAKSİYA

22:20 | 14.10.2016
Ərdoğandan Hillari Klintonun bəyanatına SƏRT REAKSİYA

Ərdoğandan Hillari Klintonun bəyanatına SƏRT REAKSİYA

İŞİD-ə qarşı koalisiya qüvvələri Suriyada nə üçün PKK-nın qolu PYD, onun silahlı qanadı YPG ilə birgə hərəkət edir? Biz özümüz bu işi birlikdə bacararıq

ANN.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən mitinqdə çıxışında deyib. 
 
R. T. Ərdoğan ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun prezident seçiləcəyi təqdirə, PYD-yə silah verməyə davam edəcəklərini bəyan etməsinə də toxunub: "Bu açıqlamanı təəssüflə qarşılayıram. Sənin NATO-da ortağın PKK, PYD, YPG-dir, yoxsa Türkiyə? Əgər müttəfiqin Türkiyədirsə, Türkiyə ilə bir masaya əyləşəcəksən və birgə addım atacaqsan. Terror təşkilatları ilə mübarizə aparırsınızsa, birgə hərəkət edə bilərik. Ancaq İŞİD-lə mübarizə adı altında Suriya və İraqda həyata keçirilməyə çalışılan plan fərqlidir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM