Ərdoğandan sərt tənqid

18:21 | 18.07.2014
Ərdoğandan sərt tənqid

Ərdoğandan sərt tənqid

"İslam dünyası İsrailin təcavüzünə qarşı birləşməlidir"

Türkiyə İsrailin fələstinlilərə qarşı əməllərini dövlət terrorizmi kimi qiymətləndirir. 

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, İslam dünyası İsrailin təcavüzünə qarşı birləşməlidir: 

"Türkiyə heç vaxt Fələstin xalqına qarşı İsrailin təcavüzünü dəstəkləməyəcək".

Ərdoğan qeyd edib ki, İsrailin yeniyetmələrin oğurlanması və öldürülməsinə görə qisas alması barədə məlumatlar həqiqətə uyğun deyil: "İsrail hərəkətləri ilə bütün dünyada öz vətəndaşlarının hamısının həyatını təhlükə altına qoyur".

Qeyd edək ki, İsrail öz vətəndaşlarını və diplomatlarını Türkiyəni tərk etməyə çağırıb. 

Buna səbəb Türkiyədə keçirilən İsrail əleyhinə etirazlar olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM