Ərdoğanın qızı AKP-yə sədr gətirilə bilər

23:55 | 09.01.2015
Ərdoğanın qızı AKP-yə sədr gətirilə bilər

Ərdoğanın qızı AKP-yə sədr gətirilə bilər

Türkiyənin hakim partiyası olan AKP sədrinin müavini Süleyman Soylu sensasion açıqlama ilə çıxış edib.

Virtualaz.org saytı türk KİV-lərinə istinadən xəbər verir ki, S.Soylu prezident Ərdoğanın qızı Süməyya Ərdoğanın AKP sədri postuna namizəd ola biləcəyini bildirib.

S.Soylu AKP-də bu ilin iyununda keçiriləcək seçkilərə hazırlıq işlərindən danışarkən deyib ki, S.Ərdoğan hakim partiyanın fəaliyyətində yaxından iştirak edir və bundan sonra da edəcək.

"Bu, mənim şəxsi qənaətimdir. ABŞ-da və digər ölkələrdə də belədir. Siyasətdə də atadan övladlara keçən genetik bağlantılar var. Bizim prezident hazırda aktiv siyasi fəaliyyətlə məşğuldur. Çox yaxşı olardı ki, onun qızı partiya sədrliyinə namizədliyini irəli sürsün. Məncə, Süməyya Ərdoğan siyasi səhnənin ən güclülərindən biri olar” - deyə S.Soylu bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb