Ərəb şeyxi prezidentin şəxsi avtomobilinə müştəri çıxdı - FOTO

22:16 | 07.11.2014
Ərəb şeyxi prezidentin şəxsi avtomobilinə müştəri çıxdı - FOTO

Ərəb şeyxi prezidentin şəxsi avtomobilinə müştəri çıxdı - FOTO

Dünyanın ən yoxsul prezidenti kimi məşhur Uruqvay dövlət başçısı ərəb şeyxlərindən gözlənilməz təklif alıb.ANN.Az xəbər verir ki, Uruqvay prezidenti Xose Muxika "Busquea" jurnalına verdiyi müsahibəsində adını açıqlamadığı bir ərəb şeyxinin maraqlı təkliflə çıxış etdiyini dilə gətirib. Prezident deyib ki, Boliviyanın Santa Kruz şəhərində təşkil olunan G77 zirvə topantısı zamanı bir ərəb şeyxi ona yaxınlaşaraq şəxsi avtomobilini almaq istədiyi və 1987-ci il istehsalı olan Volkswagen markalı "Vosvos" maşını -  müqabilində 1 milyon dollar təklif edib: "Əvvəl bunun bir zarafat olduğunu zənn etdim və o qədər də ciddiyə almadım. Amma sonra bu avtomobilin müqabilində başqa yerlərdən də təkliflər almağa başladım. Bu avtomobil əvəzinə Meksika səfiri 10 dənə yük maşını təklif edir".Xose Muxika əgər avtomobilin müştəriləri ilə razılıq əldə olunarsa, həmin pula evsiz ailələrə xərcləyəcəyini deyib: "Satışdan qazanacağım pulu Uruqvay Texniki Universitetinin evsiz ailələrlə bağlı proqramı olan "Pan Juntos"un hesabına köçürəcəyəm".ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM