Erməni diversantın silah sursatı... - FOTOLAR

10:16 | 08.08.2014
Erməni diversantın silah sursatı... - FOTOLAR

Erməni diversantın silah sursatı... - FOTOLAR

Tovuzda saxlanılan erməni diversantın üzərindən çıxan silah sursatın fotoları yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Karen Petrosyan milli qəhrəman, korpus komandiri Rövşən Əkbərovun otağına gətirilib və onun suallarına cavab verib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub.Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb