Ermənilər Ağdamı atəşə tutdu: Məktəblərdə dərslər dayandırıldı

16:41 | 07.01.2015
Ermənilər Ağdamı atəşə tutdu: Məktəblərdə dərslər dayandırıldı

Ermənilər Ağdamı atəşə tutdu: Məktəblərdə dərslər dayandırıldı

Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar.

Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus "VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Bundan başqa, Orta Qərvənd kəndi də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb.

Xatırladaq ki, son bir həftə ərzində erməni hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM