Ermənilər Qarabağda təxribata başlayır: Sabah aviasiya…

16:13 | 24.09.2018
Ermənilər Qarabağda təxribata başlayır: Sabah aviasiya…

Ermənilər Qarabağda təxribata başlayır: Sabah aviasiya…

Azərbaycan tərəfi bəyan edib ki, işğal edilmiş əraziləri üzərində bu cür uçuşlara imkan verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov "dqr”in aviasiya təlimlərinə cavab olaraq deyib. General bildirib ki, qondarma "dqr” rejiminin hərbi aviasiyasının təlim uçuşları yolverilməzdir:

"Azərbaycan Ordusunun nəinki işğal olunmuş ərazilərimizdə, eləcə də Azərbaycan və Ermənistan üzərində düşmənin uçan bütün uçuş aparatlarını vurmaq üçün texniki, maddi və digər imkanları mövcuddur. Rəsmi mövqeyimiz belədir, bu barədə başqa müzakirə ola bilməz”.

Qeyd edək ki, Dağlıq Qarabağ separatçıları sabahdan etibarən hərbi aviasiyasının təlim uçuşlarını həyata keçirəcəkləri ilə bağlı məlumat yayıb. Bildirilir ki, təlim uçuşları sentyabrın 28-nə qədər davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb