Ermənilərin öldürdüyü Zəhra və nənəsinin FOTOSU

10:18 | 05.07.2017
Ermənilərin öldürdüyü Zəhra və nənəsinin — FOTOSU

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün erməni təxribatı nəticəsində Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva dünyasını dəyişib.

Anews.az azvision.az-a istinadən xəbər verir ki, bu gün onların dəfn mərasimi keçiriləcək. Hazırda kənddə nisbi sakitlikdir.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb