Ermənistan DİN İrəvanda saxlanılan şəxsin azərbaycanlı olmadığını təsdiq edib - VİDEO

11:24 | 09.04.2024
Ermənistan DİN İrəvanda saxlanılan şəxsin azərbaycanlı olmadığını təsdiq edib - VİDEO

Ermənistan DİN İrəvanda saxlanılan şəxsin azərbaycanlı olmadığını təsdiq edib - VİDEO

Ermənistan telegram kanllarında azərbaycanlı diverstatın İrəvana girməsi ilə bağlı xəbərlər doğru deyil. Bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan ölkə mətbuatına açıqlamasında bildirib. 
 
Bir gün öncə Ermənistan telegram kanallarında azərbaycanlı diverstanıın İrəvanda saxlanılması görüntüləri yayılıb. 
 
"Aprelin 8-də saat 23.25 radələrində polis əməkdaşları narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinən əcnəbini saxlayıblar. Həbs İrəvanın kiçik mərkəzində Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində baş verib. Şübhəli şəxs Kentron rayon polis bölməsinə aparıldıqdan sonra saxlanılan şəxsin Rusiya Federasiyası vətəndaşı olduğu məlum olub. Onun üzərindən narkotik tapılmayıb və Ermənistana turizm məqsədilə gəlib", - məlumatda deyilir. 
 


Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM