Ermənistan hərbçisinin nəşi qarşı tərəfə verildi

17:05 | 20.04.2016
Ermənistan hərbçisinin nəşi qarşı tərəfə verildi

Ermənistan hərbçisinin nəşi qarşı tərəfə verildi

Ermənistan hərbçisinin nəşi qarşı tərəfə verilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşi 20 aprel 2016-cı il tarixdə qarşı tərəfə verilib.

İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb