“Ermənistan “İskander"i Azərbaycana qarşı istifadə edə bilməz” - Erməni polkovnik

20:44 | 24.09.2016
“Ermənistan “İskander

“Ermənistan “İskander"i Azərbaycana qarşı istifadə edə bilməz” - Erməni polkovnik

"Ermənistan "İskander-M” raket sistemindən istifadə edə bilməyəcək. Bunun üçün Rusiyanın icazəsi lazımdır”.
 
Publika.az Ermənistanın "İrates” qəzetinə istinadən xəbər verir ki, bu fikirləri işğalçı ölkənin parlamentinin deputatı, ehtiyatda olan polkovnik Gevorq Baqdasaryan bəyan edib.
 
G.Baqdasaryan deyib ki, Ermənistan "İskander-M” raketini Azərbaycana qarşı Rusiyanın icazəsi olmadan istifadə edə bilməz.
 
"Hətta, Türkiyəyə qarşı da bu silahdan istifadə olunması üçün icazə lazımdır. Vaxtilə Türkiyəyə məxsus helikopter Ermənistan ərazisini keçəndə, Ermənistan o helikopteri vura bilmədi. Bunu bizə qadağan etdilər. Ancaq Rusiyanın təyyarəsi Türkiyə sərhəddində olan kimi onu dərhal vurdular”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM